misel obama 1

ABŞ-ın sabiq birinci xanımı Mişel Obama son vaxtlar çox arıqlaması ilə gündəmə gəlib. İnternet istifadəçilərinin bir çoxu onun “Ozempic” preparatı qəbul etməsindən şübhələnir.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Page Six” nəşri yazıb.

61 yaşlı Mişel Obama şəxsi bloqunda fotoqraf Anni Leyboviçlə fotolarını paylaşıb. Barak Obamanın həyat yoldaşı boz topdа, qəhvəyi kəmərli göy cins şalvarda və dabanlı çəkmələrdə poza verib. İnternet istifadəçiləri qeyd ediblər ki, sabiq birinci xanım son vaxtlar çox arıqlayıb və yəqin ki, bunu “Ozempic” preparatı vasitəsilə edib.

“Buna “Ozempic” deyərlər”, “Yaxud şəxsi məşqçi və ciddi pəhriz, hərçənd yox, daha asanı “Ozempic”dir”, – deyə “X” istifadəçiləri yazıblar.

Lakin Mişel Obamanın özü pərəstişkarların ehtimallarına hələ münasibət bildirməyib.

O, oktyabrda etiraf edib ki, yaşlandığını qəbul edib, lakin ağ saçlarını boyamağa davam edir.

“Mən ağ saçlarıma görə üz-gözümü turşutmuram, amma onları boyayıram! Anam da belə idi. O, ölənə qədər saçlarını boyamışdı. Sağlamlığım həmişə birinci yerdə olub. Yediklərim, məşqlər, mütəmadi olaraq həkimə getmək – bütün bunlar yaşımın bu dönəmindən zövq almağıma imkan verir. Mən həmişəki kimi, həyat eşqi ilə doluyam”, – deyə xamın Obama bildirib.

Mişel Obamanın çox arıqlamasının səbəbi nədir?

Paylaş: