Türkiyənin ticarət naziri Ömər Bolat ölkənin logistika prioritetləri ilə bağlı danışıb.
Globalinfo.az xəbər verir ki, nazir digər məsələlərlə yanaşı, Zəngəzur dəhlizinin açılmasına da toxunub.
“Bakı-Tbilisi-Qars dəmiryolu, Zəngəzur dəhlizi istiqamətində atılan addımlar mühüm önəm daşıyır. Bu, qlobal ticarətdə mövqeyimizi gücləndirir”, – o bildirib.
Mərkəzi Asiyaya hazırkı ixrac marşrutlarına toxunan nazir Sarp sərhəd-keçid məntəqəsindən (Gürcüstan istiqamətində – red.) təxminən 950 kilometr məsafə qət etdiklərini deyib və qeyd edib ki, Zəngəzur dəhlizi açıldığı zaman Türkiyə ilə Azərbaycan arasındakı quru yolu məsafəsi 400 kilometrə enəcək.
“Beləliklə, Çin-Avropa xəttində tranzit müddəti 5-7 gün, xərclər isə 15-20% azalacaq.
Zəngəzur dəhlizi uzunmüddətli perspektivdə regional etimad yaradan sülh layihəsinə çevriləcək”, – Ö.Bolat vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az