Hakan Fidan şəxsən Moskvaya məlumat verə bilər

Hakan Fidan şəxsən Moskvaya məlumat verə bilər

“Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı danışıqların nəticələri barədə Rusiyanı şəxsən məlumatlandıra bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

“Türkiyə münaqişədə vasitəçi rolunu oynayıb, Ukrayna və Rusiya arasında əvvəlki danışıqları təşkil edib. Müsbət nəticə əldə olunarsa, məhbus mübadiləsinin mümkünlüyü də daxil olmaqla, Hakan Fidan görüşə heç kimi göndərməyən Moskvaya danışıqların nəticələrini şəxsən məruzə edə bilər”, – agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, noyabrın 19-da Zelenski Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşmək üçün Türkiyəyə gedəcək.

Əliyar Xəlil
Globalinfo.az