owl detail 620 f83cf0ed748ec62b427588a588c224cb

Ukrayna Avropa İttifaqından (Aİ) davamlı dəstək gözləyirsə, korrupsiya ilə mübarizə aparmalıdır.

Globalinfo.az xəbər verir ki, bu tələbi Fransanın xarici işlər naziri Jan-Noel Barrot “France Inter” radiosunda bildirib.

“Biz Ukrayna hakimiyyəti ilə çox səmimi və tələbkar dialoqu davam etdiririk və onlara xatırladırıq ki, bütün formalarda korrupsiyaya qarşı mübarizə Aİ üçün mütləq prioritetdir. Ona görə də Aİ-nin uzunmüddətli dəstəyinə ümid etmək üçün biz bu məsələdə güzəştsiz olmalıyıq”, – diplomat qeyd edib.

Barrot vurğulayıb ki, Ukrayna Avropa İttifaqına daxil olmaq niyyətindədirsə, ölkə hakimiyyəti korrupsiyaya qarşı fəal mübarizə aparmalıdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: