“ABŞ Prezidenti Donald Tramp 20 saat yuxusuz qala bilər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens “Fox News” telekanalına müsahibəsində deyib.
“Əgər biz harasa səfərə gedəcəyiksə, o, yatmır. Belə olanda başqalarının da işləməsini gözləyir. Bu adamın enerjisi həqiqətən də qrafiklərdən kənardadır. Donald Tramp ümumiyyətlə, çox sağlamdır”, – deyə o bildirib.
Qeyd edək ki, noyabrın 13-də Tramp Ağ Ev himayədarlıqda olan uşaqlara maliyyə yardımı haqqında sərəncam imzalayıb. Onun tədbirdə tonal kremdən istifadə edərək sağ əlindəki qançırları yenidən gizlətməyə cəhd etdiyi bildirilib.
Əliyar Xəlil
Globalinfo.az














