Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yardım göndərən vətəndaşlarımıza təşəkkür edib.
Globalinfo.az xəbər verir ki, səfir bu barədə tviter hesabında paylaşım edib.
“Kədəriniz-kədərimizdir” deyərək altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu ölkəmizə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun”, – deyə səfir qeyd edib.
‘Acınız acımızdır’ deyərək altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu ölkəmizə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun! 🇹🇷🇦🇿❤️🌹 pic.twitter.com/xHzWd7q13u
— Cahit Bağcı (@cahitbagci) February 11, 2023