hakimler

Türkiyədə futbol hakimlərinə qarşı qanunsuz mərc oyunları üzrə başladılan istintaq çərçivəsində 21 nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.

Məlumata görə, saxlanılanlar arasında 17 hakim, bir klub prezidenti və bir klubun keçmiş sahibi olub.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Peşəkar Futbol İntizam Komitəsi (PFDK) mərc oyunlarında iştiraka görə 152 hakimlə bağlı qərarını açıqlayıb.

Bildirilib ki, ali dərəcəli hakimlər – Zorbay Küçük, Melih Kurt və Mertcan Tubay barəsində mərc fəaliyyəti ilə əlaqədar Futbol Federasiyasının intizam qaydalarının 57-ci maddəsinə əsasən araşdırmanın davam etdirilməsinə qərar verilib. Sözügedən hakimlər müvafiq olaraq 8, 10 və 12 ay müddətinə futbol yarışlarından uzaqlaşdırılıblar.

Paylaş: