Çempionlar Liqasında “Qarabağ” – “Atletik” qarşılaşmasının baş tutacağı Bilbao şəhərində ermənilər təxribata cəhd ediblər.
Globalinfo.az xəbər verir ki, naməlum şəxslər şəhərin küçələrində Azərbaycan əleyhinə plakatlar və fotolar yerləşdiriblər.
Yazılarda Qarabağdakı keçmiş qondarma rejimin “bayrağı” olan stikerlər və ölkəmizi ittiham edən yazılar yerləşdirilib. Bunu İspaniyadakı erməni diasporunun üzvlərinin etdiyi güman olunur.
Məlumata görə, “Qarabağ” artıq məsələ ilə bağlı narazılığını “Atletik”ə bildirib. Polisin araşdırmaya başladığı deyilir.
Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə 20:45-də başlayacaq.
Əliyar Xəlil
Globalinfo.az