RIAN 3254643.HR pic905 895x505 15322

Amerika qırıcıları Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampla görüş üçün Macarıstana uçacağı marşrutda onun təyyarəsinin təhlükəsizliyinə tam zəmanət verə bilməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fighterbomber” məlumat yayıb.

Məlumata görə, “Air Force One”ın Budapeştə uçuşu üçün bir neçə marşrut nəzərdən keçirilir. Ən qısa, lakin riskli marşrut Polşa üzərindən, ən təhlükəsiz variant isə Qara dəniz, Türkiyə, Bolqarıstan və Slovakiya istiqamətində hesab olunur.

Mənbə bildirib:

“Marşrut istənilən halda elə ərazilərdən keçir ki, silahlı qüvvələrimiz və təhlükəsizlik xidmətlərimiz orada tam təhlükəsizlik təmin edə bilmir. Zenit-raket sistemləri və qırıcı təyyarələrə malik ölkələr çox yaxındır”.

Tahir Turan
Globalinfo.az

Paylaş: