vardan 1

İrəvanda Gümrünün meri Vardan Qukasyanın məhkəməsi başlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

***21:14

Gümrü meri Vardan Qukasyanın ofisində axtarışlar aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili Aramayis Ayrapetyan deyib.

Qukasyan və daha 7 nəfər rüşvət almaq ittihamı ilə saxlanılıb.

Təhlükəsizlik qüvvələri əməliyyat apararkən Qukasyanın tərəfdarları binanı mühasirəyə alıblar. Qırmızı beretlilərlə etirazçılar arasında qarşıdurma mübahisə və toqquşmalarla nəticələnib.

“Onun şəxsi kabinetində axtarış gedir. Həmçinin şəhər meriyasının avadanlıqları Axuryan polis idarəsinə aparılıb”, – vəkil bildirib.

Ermənistan İstintaq Komitəsi Qukasyana dəstək aksiyasının bəzi iştirakçılarına qarşı “kütləvi iğtişaşlar” maddəsi ilə  cinayət işi açıb. Mitinqdə 23 nəfər saxlanılıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: