netanyahu 1

İsrailin Baş naziri Benyamin Netanyahu 2026-cı il seçkilərində yenidən namizəd olacaq. 

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Kanal 14″də açıqlamasında bildirib. 

Jurnalistlərdən biri onun qələbəyə arxayın olub-olmadığını soruşub.

Cavab olaraq Netanyahu qısaca, “Bəli, qazanacağam” deyib.

Qeyd edək ki, Netanyahu Likud partiyası ilə altı seçkidə qalib gəlib. O, İsrail hökumətinə rəhbərlik etməkdə 17 illik təcrübəyə (fasilələrlə) malikdir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: