peter szijjarto

“Macarıstan Rusiya Prezidenti Vladimir Putinin Budapeştdə ABŞ Prezidenti Donald Trampla danışıqları üçün təhlükəsizliyi təmin edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Peter Siyarto deyib.

“Biz Budapeştdə lazımi şərait yaratmağa hazırıq. Macarıstan Avropanın və dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Ona görə də liderlərin görüşünün burada baş tutması məqsədəuyğundur”, – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: