dreyk bogazi

Atlantik okeanının Dreyk boğazında 6.3 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, zəlzələnin episentri Argentinanın Uşuaya şəhərinin 694 kilometr cənub-şərqində yerləşib, ocağı 10 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Paylaş: