ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə münasibətlərinin indi də yaxşı olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Ağ Evdə Argentina Prezidenti Xavyer Miley ilə görüş zamanı danışıb.
“Yəqin ki, mənim Putinlə hələ də yaxşı münasibətim var. O, sadəcə, bu müharibəni bitirmək istəmir. Mən çox məyus oldum”, – Tramp qeyd edib.
Bundan öncə Amerika lideri bəyan edib ki, İsrail və HƏMAS arasında münaqişə artıq həll olunub və indi diqqətin Ukrayna böhranının həllinə yönəldilməsinin vaxtıdır.
Tahir Turan
Globalinfo.az