Türkiyənin Kahramanmaraş şəhərində ard-arda 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlərdən sonra Hatay şəhərinin İskenderun rayonunda dənizin səviyyəsi yüksəlib.
Globalinfo.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə nəticəsində şəhərin bəzi küçələrini su basıb.
Suyun nəqliyyat vasitələrinin təkərləri səviyyəsində olduğu bölgədə sıxlıq yaranıb.
Dənizdən şəhərə doğru axan suyun yalnız yollarda olduğu və evlərə çatmadığı müşahidə edilib.

Gülnar Səlimova
Globalinfo.az