Futbol üzrə dünya çempionatının vaxtı dəyişdirilə bilər.
Globalinfo.az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino deyib.
O bildirib ki, dünya çempionatının yaydan deyil, digər fəsildə keçirilməsi ilə bağlı müzakirələr gedir.
İmfantinonun sözlərinə görə, iyun və iyul aylarında havalar isti olur. Oktyabr və mart ayları isə oyun üçün daha münasibdir.