rusiya

Macarıstan və Slovakiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbulunu təxirə sala bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “EUObserver” portalı Aİ diplomatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, məhdudlaşdırıcı tədbirlərlə bağlı müzakirələr oktyabrın sonuna qədər uzana bilər.

“Slovakiyanın baş naziri Robert Fitso bu istiqamətdə addımlar atır”, – deyə əlavə edilib.

Qeyd edək ki, Avropa İttifaqı daha əvvəl yeni, 19-cu sanksiya paketi hazırlamışdı. Buraya Rusiyanın enerji resurslarının nəqli ilə əlaqəli olduğu iddia edilən əlavə 120 gəminin qara siyahıya salınması daxildir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: