Putin ad gününü onlarla qeyd etdi

Putin ad gününü onlarla qeyd etdi

Rusiya Prezidenti Vladimir Putin Şimal-Qərb Federal Dairəsinə səfəri çərçivəsində keçirilən iclasda xüsusi hərbi əməliyyat zonasında mövcud vəziyyətin və qoşunların fəaliyyəti ilə bağlı məsələlərin müzakirə edib və hərbçilərlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “izvestiya” məlumat yayıb. Dövlət başçısı qeyd edib ki, bundan sonra daha bir neçə iclas keçiriləcək.

“İclas zamanı qoşun qruplarının komandirlərinin hesabatları dinləniləcək və tapşırıqların icra vəziyyəti, eləcə də yaxın gələcək üçün planlar nəzərdən keçiriləcək. Biz qoşun dəstəyinin cari məsələlərini və yaxın gələcək üçün planları müzakirə edəcəyik,” – Putin vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya lideri ad günü ərəfəsində Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib. Brifinq Sankt-Peterburqdan paytaxta qayıdarkən baş tutub və orada da xüsusi hərbi əməliyyatla bağlı aktual məsələlər müzakirə olunub.

Tahir Turan

Globalinfo.az