“Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də ad günündə Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Dövlət başçısının bu tarixdə bir çox beynəlxalq telefon danışıqları olacaq. Bundan əlavə, onun şəxsi planları da var”, – deyə o bildirib.
Peskov Putinin nəvələrinin onu ad günü münasibətilə təbrik edəcəklərini də açıqlayıb”.
Əliyar Xəlil
Globalinfo.az














