“Avropa İttifaqı müharibəyə doğru irəliləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
O bildirib ki, müharibə olsa, əsgərlər tabutlarda Avropaya qayıdacaqlar.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Péter Siyarto qeyd edib ki, ölkəsi Aİ-yə Ukrayna ilə üzvlük danışıqları aparmağa icazə verməyəcək.
“Avropa İttifaqı müharibəyə doğru irəliləyir və gec-tez bizim gənc əsgərlərimiz tabutlarda evə qayıdacaqlar. Bunun baş vermə təhlükəsi həddən artıqdır”, – Orban vurğulayıb.
Orban bir müddət öncə bildirib ki, ölkəsi Ukraynanın Aİ-yə daxil olmasına qarşıdır, çünki belə bir addım Avropa İttifaqını müharibəyə sürükləyəcək.
Əliyar Xəlil














