“Hərbi məsələlərin həllində qeyri-hərbi üsullar yeni əhəmiyyət kəsb edir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday”da çıxış edərkən deyib.
O hesab edir ki, texnologiyanın inkişafı ilə hərbi məsələlərin həllində fərqli istiqamətlər meydana gəlib.
Rusiya lideri ABŞ prezidenti Donald Trampdan da danışıb. Bildirib ki, Trampın administrasiyası son dərəcə səmimi olsa da, öz maraqlarından çıxış edir.
Putin Trampın əvvəlki administrasiyalarla müqayisədə ikiüzlülük etmədiyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az