WhatsApp Image 2023 02 06 at 14.39.23

“Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanların ölümü və yaralanması bizi çox kədərləndirib”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Qazaxıstanın Aktau şəhərindəki baş konsul vəzifəsini icra edən Elçin Məmmədov deyib.

O bildirib ki, Türkiyənin Aktau şəhərindəki Baş konsulluğunda fəlakət qurbanlarına həsr olunmuş tədbirdə iştirak ediblər. E.Məmmədov zəlzələ qurbanlarına Allahdan rəhmət diləyib.

O, türk qardaşlara müraciətində böyük Mustafa Kamal Atatürkün sözlərindən sitat gətirərək, “kədəriniz kədərimiz, sevinciniz sevincimizdir” deyib.

WhatsApp Image 2023 02 06 at 14.39.34

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: