Ukraynadakı münaqişə döyüş meydanında həll olunacaq.
Globalinfo.az xəbər verir ki, bu sözləri Çikaqo Universitetinin professoru Con Mirşaymer “Deep Dive” “YouTube” kanalına müsahibəsində səsləndirib.
Professor bildirib ki, Moskvanın mövqeyi Kiyev və Qərb tərəfindən qəbul edilmir:
“Rusiyanın tələbləri hələ münaqişə başlamazdan əvvəl açıqlanmışdı, lakin Ukrayna və Avropa İttifaqı buna heç vaxt məhəl qoymadı”.
Mirşaymerin sözlərinə görə, bu səbəbdən Rusiya problemi hərbi yolla həll etməyə çalışacaq.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın vitse-prezidenti J.D. Vens də Rusiyanın son həftələrdə Ukrayna ilə ikitərəfli və üçtərəfli danışıqlardan imtina etdiyini açıqlamışdı.
Tahir Turan
Globalinfo.az