Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi sənaye obyektlərinə uzaqmənzilli, yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, nazirlik Rusiya ordusunun Ukraynaya qarşı hücumunun təfərrüatı ilə bağlı bəyanat yayıb.
Qeyd edilib ki, hücum hədəfinə nail olunub və təyin olunmuş bütün hədəflər vurulub.
Nazirlik bəyan edib ki, bir gecədə 41 Ukrayna PUA-sı Rusiyanın müxtəlif bölgələri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.