“Qarabağ” bilet qiymətlərini kəskin qaldırdı

“Qarabağ” bilet qiymətlərini kəskin qaldırdı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ“ın evdə Danimarkanın “Kopenhagen” klubu ilə keçirəcəyi oyunun biletlərinin qiymətləri azarkeşlər tərəfindən tənqidlə qarşılanıb.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, Ağdam təmsilçisi əvvəlki avrokubok oyunları ilə müqayisədə qiymətlərdə nəzərəçarpacaq artım edib.

Öncəki matçlarda 20 manata satılan biletlər indi 30 manata təklif edilir. Ən ucuz biletlərin qiyməti 5 manat olaraq qalsa da, onların sayı azalıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşün VİP sektorunun biletləri də bahalaşıb. Belə ki, bu sektorların qiyməti 300 manatdan 500 manata qaldırılıb.

Bu gün saat 15:00-da satışa çıxan biletlərin 5, 10 və 30 manatlıq olanları satılıb qurtarsa da, daha bahalıların satışı davam edir.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də keçiriləcək.