68c96ceb3c9a568c96ceb3c9a61758031083f70ef76435bb5fa3c2a43fed411a76a2

Sentyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 66 213 vətəndaş müraciəti daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat verib.

Müraciətlərin 45 834-ü çağrı mərkəzləri, 9 597-si elektron, 1 445-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 9 337 müraciət qeydə alınıb.

Qeyd olunub ki, müraciətlər müəllimlərin işə qəbulu, peşə təhsili müəssisələrinə qəbul, xarici diplomların tanınması, təhsil tələbə kreditinə elektron müraciət və digər məsələlərlə bağlı olub.

Paylaş: