890113 src

Ukrayna Rusiyanın hərbi-sənaye kompleksinə, kölgə donanmasına və enerji sektoruna yardım edən şəxslərə qarşı məhdudiyyətlər tətbiq edib.

Globalinfo.az bildirir ki, bu barədə Ukrayna prezidentinin saytında deyilir.

Bildirilir ki, Ukrayna Rusiyaya elektronika tədarük edən, mədənlərdə təmir işləri aparan, həmçinin kölgə donanmasının fəaliyyətinə dəstək göstərən 47 fiziki və 81 hüquqi şəxsi sanksiya siyahısına salıb.

Onların arasında ABŞ sanksiyaları altında olan şirkətlər, Rusiyanın ən böyük kömür təchizatçılarından biri olan “Stroyservis” və kömür hasilatı şirkəti “Russian Energy” də var.

Siyahıaa, həmçinin Sankt-Peterburq Valyuta Birjası, Sankt-Peterburq Hesablaşma Mərkəzi, Rusiyanın digər registratorları və depozitorları, bir sıra Çin şirkətləri (Nord Axis, Innopolis, Electronic Scientific Engineering Shanghai New Chess və Shanghai New Chess International Logistics), İsveçrənin “Rhodania Shipping” və “Norway.AS” şirkəti də yer alıb.

Ukrayna həmçinin Rusiya hərbi sənaye kompleksi üçün İT həlləri və elektronikanın tədarükü ilə məşğul olan “Sitronics KT”, “Sinto”, “Baltinfocom”, “Bee Pitron”, “Precise Mechanics”, Şəbəkə Texnologiyaları İnstitutu, İstochnik İnstitutu və Avangard ASC kimi şirkətlərə qarşı da sanksiyalar tətbiq edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: