NATO-dan Rusiyanın Polşaya müdaxiləsinə rəsmi şərh

NATO-dan Rusiyanın Polşaya müdaxiləsinə rəsmi şərh

NATO-nun Baş katibi Mark Rutte Polşanın hava məkanının pozulması ilə bağlı ölkə rəhbərliyi ilə sıx əlaqə saxlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə hərbi blokun mətbuat xidməti sosial şəbəkədə paylaşım edib.

Eyni zamanda, NATO vəziyyətlə bağlı heç bir qiymət verməyib.

“Gecə saatlarında çoxlu sayda pilotsuz təyyarələr Polşanın hava məkanına daxil olub. Hazırda biz Varşava ilə sıx məsləhətləşmələr aparırıq”, – deyə bildirilib.

Qeyd edık ki, sentyabrın 10-da səhər saatlarında Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının pozulması ilə bağlı Nazirlər Kabinetinin fövqəladə iclasını çağırıb. Daha sonra o, ərazidə tapılan dronların Rusiyaya aid olduğunu rəsmən bəyan edib.

Əliyar Xəlil
Globalinfo.az