“Nikol və komandası Ermənistan futbolunun bünövrəsini sarsıdıb”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Respublika Partiyasının üzvü Eduard Şarmazanov deyib.
“Serj Sərkisyanın dövründə Ermənistan yığması dünya reytinqində 38-ci yerdə idi. Səfərdə Danimarka və Slovakiya yığmalarını 4:0 hesabı ilə məğlub edirdi.
İrəvanda isə Şimali Makedoniyanı 4:1, Slovakiyanı 3:1 hesabı ilə udurduq, hətta Portuqaliya ilə bərabər səviyyədə oynayırdıq. Yalnız şans səbəbindən Portuqaliya 3:2 qalib gəlmişdi. Yəni Serjin vaxtında futbolun sahibi var idi — Ermənistan futboluna bağlı olan Ruben Hayrapetyan…Nikol Paşinyanın dövründə isə nə ölkənin, nə də futbolumuzun sahibi var”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün DÇ-2026-nın Avropa zonasının seçmə mərhələsinin F qrupunda Portuqaliya yığması Ermənistan millisinə darmadağınla – 0:5 hesabı ilə qalib gəlib.
Safura Bənnayeva
Globalinfo.az