1742363191 1742230521 tramp

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşündən əvvəl Avropa İttifaqı liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə onlayn görüş keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

ABŞ lideri görüşdən sonra tənqidi fikirlər səsləndirib və Putinin atəşkəsi qəbul etməyəcəyi təqdirdə nəticələrin ağır olacağını deyib.

O, məqsədinin atəşkəsi təmin etmək olduğunu, torpaq mübadiləsi ilə bağlı heç bir qərar verə bilməyəcəyini və bu məsələnin Putinlə Zelenski arasında müzakirə ediləcəyini bildirib.

Tramp bəyan edib ki, görüş yaxşı getməsə, tez başa çata bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: