1730535116 5230451

İsrail ordusu Livanın Bekaa vadisinin şərqində yerləşən Hizbullah qruplaşmasına məxsus bir neçə hərbi obyektə hava zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri məlumat yayıb. Zərbələr nəticəsində dəqiq idarə olunan raketlərin istehsal edildiyi əsas mərkəzlərdən biri hədəfə alınıb.

Nazir bildirib ki, bu əməliyyat Hizbullahın bölgədə artan hərbi aktivliyinə cavab olaraq həyata keçirilib. İsrail ordusu əlavə edib ki, regionda təhlükəsizlik təhdidlərini aradan qaldırmaq üçün əməliyyatlar davam etdiriləcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: