756757807495053

“Kamçatkada baş verən hadisə regionda qeydə alınmış ən güclü zəlzələdir”.

Globalinfo.az xəbər verir ki, bunu vilayətin qubernatoru Vladimir Solodov deyib.

“Müntəzəm, uzunmüddətli afterşoklar gözlənilir”, – deyə o bildirib.

O, sakinləri panikaya düşməməyə çağırıb:

“Yalnız rəsmi məlumatlara etibar edin. Bütün təcili yardım xidmətləri gücləndirilmiş rejimdə işləyir”.

Solodov qeyd edib ki, Kamçatkadakı zəlzələdən sonra dəymiş maddi ziyanın ümumi qiymətləndirilməsi bir həftə ərzində hazır olacaq:

“Mən fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə komissiyanın təcili iclasını keçirdim. Prioritet vəzifələri müəyyən etdim. İyulun 31-dək yoxlama üçün obyektlərin siyahısı tərtib olunacaq. Bütün yaşayış binalarına baxış keçiriləcək. Gələcəkdə belə dağıntıların qarşısını almaq üçün təkliflər hazırlayacağıq”.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: