“ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı hazırkı siyasəti uğursuzluğa məhkumdur”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
“Onun yanaşması – Ukraynaya hərbi tədarükün artırılması və Rusiyanın biznes tərəfdaşlarına qarşı cəza tədbirləri hədəsi – çətin ki, sülhə gətirib çıxarsın. Bunun əvəzində Ağ Ev lideri öz hərəkətləri ilə Ukrayna münaqişəsini uzada bilər. Rusiya Prezidenti Vladimir Putin Trampın Kiyevə hərbi yardımı artırmaq qərarına görə müharibə məqsədlərindən əl çəkməyəcək”, – deyə bildirilibş
Qeyd edək ki, iyulun 14-də Donald Tramp NATO müttəfiqləri vasitəsilə Kiyevə silah tədarükünün yeni sxemini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az