ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında davam edən münaqişənin diplomatik yolla həllini dəstəklədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News”un yutub kanalında yayımlanan brifinqdə danışıb. Levittin sözlərinə görə, Prezident bu müharibənin diplomatik həll yolu ilə bitməsini istəyir.
Bununla belə, Tramp əvvəlki açıqlamalarında Ukraynadakı münaqişə 50 gün ərzində sülh yolu ilə həll olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik gömrük rüsumlarının tətbiq olunacağı ilə hədələyib. Bu addımın məqsədi Rusiyaya iqtisadi təzyiq göstərməklə onu danışıqlara məcbur etməkdir.
Tahir Turan
Globalinfo.az