mutvali 1

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

Globalinfo.az xəbər verir ki, M.Şıxlinski məhkəmədən ev dustaqlığına buraxılmasını istəyib.

O, özünü təqsirli bilməyib və həbsini qanunsuz hesab edir.

Həbs qərarından apellyasiya şikayəti veriləcəyi bildirilib.

***19:33

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskinin məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, hakimlər müşavirədən sonra qərarı elan ediblər.

Qərara əsasən, Mutvalı Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçilib.

***18:51

Məhkəmə Mutvalı Şıxlinski barəsində həbs-qətimkan tədbiri seçib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Yerli KİV-in məlumatına görə, məhkəmə iclası mətbuata qapalı olana qədər Şıxlinski baş verənlərdən çox təəssüfləndiyini bildirməyə imkan tapıb.

O, hadisə baş verən zaman təhlükəsizlik əməkdaşını görmədiyini vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

*** 18:06

Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Yekaterinburqun Leninski Rayon Məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə) təqsirləndirilən Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxacaq.

View this post on Instagram

A post shared by Globalinfo.az (@globalinfo_az)

***15:42

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski barədə qərar qəbul edilməsi üçün keçiriləcək məhkəmə prosesi təxirə salınıb.

Globalinfo.az bildirir ki, hələlik yeni tarix məlum deyil.

X X X

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski məhkəməyə gətirilib.

Globalinfo.az bildirir ki, o, saxlanılan zaman “Mercedes-Benz G-Class” (Galendvagen) markalı avtomobillə xüsusi təyinatlını vurmaqda ittiham olunur.

Məhkəmə prosesi başlayıb.

***11:27

Yekaterinburqun Leninski Rayon Məhkəməsinə Şıxlinski Mutvalı Şahin oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqdan vəsatət daxil olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, işə bu gün saat 16:00-da 5 saylı məhkəmə zalında baxılacaq.

Qeyd edək ki, ötən gün Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb. O, İstintaq Komitəsində dindirilib, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınıb.

Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş əməliyyatdan sonra yerli hüquq mühafizə orqanları iyulun 1-də Azərbaycan diasporunun sədri Şahin Şıxlinskiyə də qarşı əməliyyat keçiriblər. Şıxlinski avtomobildə hərəkətdə olan zaman xüsusi təyinatlı qüvvələr maşının qarşısını kəsib, zor tətbiq edərək Azərbaycan diasporunun sədri və oğlu Mutvalı Şıxlinskini saxlayıblar. Saxlanılan zaman sükan arxasında olan Mutvalı Şıxlinski özünü itirərək avtomobili geriyə sürüb, bu zaman avtomobilin dəydiyi hüquq-mühafizə orqanının əməkdaşı yerə yıxılıb.

Paylaş: