“Rusiya danışıqların üçüncü raundunu keçirməyə hazırdır. Lakin Ukrayna açıq şəkildə tələsmir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz hələ vaxtla bağlı təklifləri gözləyirik”, – o bildirib.
Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpa olunmuş ikinci raundu baş tutub. Görüş bir saatdan bir qədər çox davam edib.
Əliyar Xəlil
Globalinfo.az