tramp 6

ABŞ Prezidenti Donald Tramp bu gün Ukraynaya silah tədarükü planını təqdim etmək niyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı  mənbələrə istinadən məlumat yayıb.

“O, Ağ Evdə NATO-nun Baş katibi Mark Rutte ilə görüşdə elan edə bilər. Bu, Trampın siyasətində böyük dəyişiklik deməkdir”, – deyə bildirilib.

Portalın mənbələri iddia edir ki, Trampın planında Rusiya ərazisinin dərinliklərində, o cümlədən Moskvada hədəflərə çata bilən uzaqmənzilli raketlərin Ukraynaya mümkün transferi bəndi ola bilər.

Eyni zamanda bu məsələ ilə bağlı yekun qərarın verilib-verilmədiyi bilinmir.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: