İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna yeni zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görə, zərbələr Əl-Xiyam şəhərinin yaxınlığında həyata keçirilib. Hücumun hədəfi Hizbullah təşkilatının hərbi qanadının üzvlərindən biri olub. Zərbələr nəticəsində o, məhv edilib.
Ordu məhv edilən təşkilat üzvünün adını dəqiqləşdirməyib. Onun “Hizbullah”ın tank əleyhinə bölməsinin sıralarında fəaliyyət göstərdiyini qeyd edib.
Əliyar Xəlil