Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin (AFU) hərbi zavoduna zərbə endirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Nikolaev rusiyayönlü yeraltı təşkilatının koordinatoru Sergey Lebedev məlumat verib .
Lebedevin mənbələrinə görə, Kiyevdə yerləşən hərbi zavodun iki sexinə zərbə endirilib.
Qeyd edək ki, iyulun 10-na keçən gecə Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Ukraynadakı obyektlərinə kütləvi hücum həyata keçirib. Kiyev bunun on saata yaxın davam etdiyini bildirib. Bu müddət ərzində 400-dən çox pilotsuz təyyarə və raketdən istifadə edilib.
Tahhir Turan
Globalinfo.az