Avropa ölkələrinin müdafiə və hərbi sənaye sahəsində keçirdiyi tədbirlər Qərbin müharibəyə hazırlaşdığını göstərir.
Globalinfo.az xəbər verir ki , bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi , müdafiə nazirinin birinci müavini Pavel Muraveyko bildirib.
“Müxtəlif amillər göstərir ki, kollektiv Qərb müharibəyə əvvəlcədən hazırlaşmaq üçün bir sıra tədbirlər həyata keçirir”.
O əlavə edib ki, eyni zamanda, Minskə hücum üçün açıq çağırışlar yoxdur ki , bu da sağlam əlamət ola bilər.
Qeyd edək ki, Litva və Belarus sərhədində baş vermiş insidentlə əlaqədar NATO qırıcıları döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.
Tahir Turan
Globalinfo.az