İsrail Hərbi Hava Qüvvələri Livanın şimalında Tripoli şəhərinin bir rayonuna zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Hücumun hədəfi Fələstinin HƏMAS hərəkatının sıralarında olan terrorçular göstərilib.
Hərbçilər hələlik başqa təfərrüatlar açıqlamırlar.
Əliyar Xəlil
Globalinfo.az