Rusiya ordusu qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) bütün ərazisini işğal etməyə olduqca yaxınlaşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti məlumat yayıb.
Bunun Rusiya Silahlı Qüvvələrinin (AF) Konstantinovkanı almasından sonra baş verə biləcəyi iddia edilir. Nəşr bu əraziləri əsas hədəf adlandırır.
“Əgər bu ərazi alınarsa, şimalda yerləşən demək olar ki, bütün şəhərlər Rusiyanın pilotsuz təyyarələrinin əhatəsində olacaq. Bu, Moskvanı çoxdankı məqsədinə – bütün Donetski işğal etməyə yaxınlaşdıracaq”.
Tahir Turan
Globalinfo.az














