“Forbes” dünyanın ən zəngin qadınlarını açıqladı

"Forbes" dünyanın ən zəngin qadınlarını açıqladı

“Forbes” jurnalı dünyanın ən zəngin 50 qadınının adını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, siyahının birinci pilləsində 80 yaşlı isveçrəli Rafaela Aponte-Diamant yer alıb. Onun sərvəti 38,8 milyard dollar təşkil edir. Rafaela həyat yoldaşı ilə birgə dünyanın ən böyük gəmiçilik şirkəti olan “Mediterranean Shipping Company” yaradıb. Şirkətin donanması 900 gəmidən ibarətdir və 136 min əməkdaş çalışır.

İkinci yerdə isə amerikalı Dayan Hendriks qərarlaşıb. Onun sərvəti 22,3 milyard dollardır. O, ABŞ-ın ən iri dam örtükləri və tikinti materialları təchizatçılarından olan “ABC Supply” şirkətinin həmtəsisçisidir.

Reytinqə 18 ABŞ, 18 Çin və 24 Asiya-Sakit okean regionundan qadın daxil olub. Siyahıda ən çox təmsil olunan sahə isə texnologiyadır – 14 qadın bu sektorda fəaliyyət göstərir.

Qeyd edək ki, bu siyhıya düşmək üçün sərvət azı 2,1 milyard dollar olmalıdır.

Ümumilikdə siyahıya daxil olan qadınların sərvəti 276 milyard dollar təşkil edir – bu da orta hesabla hər qadına 5,5 milyard dollar deməkdir. Müqayisə üçün, dünyanın “self-made” kişi milyarderlərinin ümumi sərvəti 3,8 trilyon dollardır – yəni qadınların ümumi sərvətindən təxminən 14 dəfə çoxdur.

Forbes qeyd edir ki, “self-made” milyarderlər arasında qadınların payı hələ də azdır – cəmi 3,5 faiz. Lakin bu göstərici 2017-ci ildən bəri 50 faiz artıb.

Aysel Əliyeva
Globalinfo.az