tramp 4

ABŞ-ın hərbi əməliyyatı nəticəsində İranın yeraltı nüvə obyektləri maksimum zərər görüb”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Peyk görüntüləri göstərir ki, İranın bütün nüvə obyektələrinə maksimal zərər vurulub. “Məhv edilib” ifadəsi tam dəqiqdir! Ən böyük dağıntılar yer səviyyəsindən xeyli aşağıda yerləşən obyektlərdə qeydə alınıb”, – o bildirib.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ ordusu İrandakı üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana hücum edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: