“İranlılar razılıq əldə etmək üçün yalvarırlar”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp bildirib ki, İranla danışıqlar aparan şəxslər qeyri-adi və anlaşılması çətin mövqe nümayiş etdirirlər:
“Onlar bizimlə razılığa gəlmək üçün yalvarırlar, hansı ki, orduları məhv edildiyi və heç vaxt özünə gəlmək şansı olmadığı üçün bunu etməlidirlər. Bunlara baxmayaraq, ictimaiyyətə deyirlər ki, “Biz təklifi nəzərdən keçiririk”. Səhvdir!!! Yaxşı olar ki, onlar çox gec olmadan, tez bir zamanda ciddi olsunlar. Çünki nəsə baş versə, daha geriyə yol yoxdur və bu yaxşı olmayacaq”.
Safura Bənnayeva
Globalinfo.az