“Daha çox mülki itki və Avropa ilə Asiyaya uzun illər təsir edə biləcək dəhşətli fəlakət yaşanmadan əllərin tətikdən çəkilməsi şərtdir”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, Ankaranın tərəflərin arasında sülhün əldə olunması istiqamətində atılan addımları dəstəkləyəcəyini söyləyib:
“İsrail üzərində təsir gücünə malik olan qüvvələr baş nazir Benyamin Netanyahunun oyununa getməməli və təsir imkanlarından müharibəni dərinləşdirmək üçün deyil, bölgəmizdə atəşkəs və sabitliyi bərqərar etmək üçün istifadə etməlidirlər”.














