Tədbirdən çıxan kimi tənqid edildi – Trampa zərbə

Tədbirdən çıxan kimi tənqid edildi - Trampa zərbə

Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampı tənqid edib.

Globalinfo.az xəbər verir ki, o, Ağ Ev sahibinin Rusiyanın G8-dən çıxarılması ilə bağlı sözlərinə sərt cavab verib.

Baş nazir 2014-cü ildə Krımın ilhaqının Ukrayna vətəndaşları üçün “şəxsi təhqiramiz” olduğunu və Rusiyanın buna görə G8-dən uzaqlaşdırıldığını bildirib.

“Lakin Karni  Trampa dərhal cavab verməyib. O, G7 sammitinin tərk edəndən sonra yekun konfransda bu fikirləri səsləndirib”, – deyə “Politiko” nəşri yazıb.

Qeyd edək ki, D.Tramp Rusiyanın G8-dən çıxarılmasını səhv addım adlandırıb.

“Böyük yeddilik əvvəllər G8 idi. Barak Obama və Trüdo adlı bir oğlan Rusiyanın qrupda qalmasını istəmirdi. Amma Rusiya bu qrupda qalsaydı, indi müharibə olmazdı”, – ABŞ prezidenti vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az