685198ade5ccb685198ade5ccc1750177964685198ade5cc8685198ade5cc9

İyunun 17-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca arasında görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokurorluğu məlumat yayıb.

Qonağı salamlayan Baş prokuror Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslanan iki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulamış, Azərbaycan və Türkiyə prezidentləri – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı etimada əsaslanan siyasi iradəsi nəticəsində bu əlaqələrin dünyada bənzəri olmayan səviyyəyə yüksəldiyini bildirib.

Baş prokuror ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunduğunu qeyd edərək, bu istiqamətdə qəbul olunmuş dövlət proqramları və strateji sənədlərin sistemli fəaliyyətin əsasını təşkil etdiyini bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mehmet Akarca müxtəlif illərdə Ankarada, İstanbulda, Bakıda və Naxçıvanda keçirilmiş çoxsaylı görüşlər, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində qurulan səmərəli dialoq ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Kamran Əliyev ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi və insan hüquqlarının qorunması sahəsindəki xidmətlərinə görə Mehmet Akarcanı Azərbaycan Prokurorluğunun 100 illiyi yubiley medalı ilə təltif edib.

685198ac0caf8685198ac0caf91750177964685198ac0caf6685198ac0caf7 685198ad88b36685198ad88b371750177964685198ad88b32685198ad88b34 685198ad2c6d9685198ad2c6da1750177964685198ad2c6d5685198ad2c6d7

Paylaş: