“Türkiyə danışıqların növbəti raundunun vaxtı ilə bağlı Rusiya və Ukraynadan konkret məlumat gözləyir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Türkiyə diplomatik mənbəsinə istinadən məlumat yayıb.
“Qapılarımız hər iki tərəfə açıqdır”, – mənbə bildirib.
Qeyd edək ki, iyunun 2-də Türkiyədə Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu keçirilib. Görüş zamanı tərəflər atəşkəs şərtləri ilə bağlı memorandumun öz versiyalarını mübadilə ediblər.
Bunun ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul və ya Ankarada Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə liderlər səviyyəsində sammit təşkil etmək istədiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az