“Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla aparılan sülh danışıqlarına verdiyi qiyməti eşitmək məni çox sevindirdi”.
Globalinfo.az bildirir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso “İrəvan dialoqu” beynəlxalq forumunda çıxışı zamanı deyib.
O, Paşinyanın açıqlamasını yüksək qiymətləndirib:
“Bu məsələ mənim üçün çox dəyərlidir. Məlumatı Avropa İttifaqındakı (Aİ) həmkarlarıma ötürməkdən məmnun olacağam. Həmçinin Aİ-yə üzvlüklə bağlı təcrübəmizi İrəvanla bölüşə bilərik. Həm səhvlərimizi, həm də uğurlarımızı təqdim edərik”.
Qeyd edək ki, Robert Fitso hazırda Ermənistanda səfərdədir.
Ayşən Mustafa
Globalinfo.az














